- Milli komanda
- 17:51 03.09.2026
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsində 3 rəsmi oyun keçirəcək.
AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, Rəşad Eyyubovun baş məşqçisi olduğu yığma ilk matçına Bakıda çıxacaq. Rəqib Çexiyanın müvafiq yaş qrupu üzrə millisi olacaq.
U-21 yığmasının oyunlarının təqvimini təqdim edirik:
25 sentyabr
Azərbaycan (U-21) – Çexiya (U-21)
“Bank Respublika Arena”
30 sentyabr
Şotlandiya (U-21) – Azərbaycan (U-21)
“Reqbi Park” (Kilmarnok, Şotlandiya)
6 oktyabr
Azərbaycan (U-21) – Cəbəllütariq (U-21)
“Bank Respublika Arena”.