4 sentyabr 2026. Cümə

Azərbaycanın U-17 qızlar millisi Bakıda hazırlığa başladı


Azərbaycanın U-17 qızlar millisi Bakıda hazırlığa başladı

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası sentyabrın 3-də Bakıda təlim-məşq toplanışına başlayıb.

Bu barədə 90deqiqe.Az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 9-dək davam edəcək hazırlıq çərçivəsində U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq matçında qüvvəsini sınayacaq.

Görüşlər sentyabrın 6-da, saat 16:00-da və sentyabrın 9-da, saat 11:00-da "Dalğa Arena"nın ehtiyat meydanında keçiriləcək.

AD SOYAD KLUB
Əsədli İradə Şəfa FK
Əhməd Süməyyə Ulduz FA
Aydan Abdullayeva Sabah FK
Səmədli Məryəm Sabah FK
Mirzəliyeva Şəhanə Liman UFK
Polikarpova Suel Neftçi PFK
Səlimova Sara Neftçi PFK
Rəhimova Xədicə Neftçi PFK
İsmayilova Zəhra İmişli PFK
Nuruzadə Məryəm Ulduz FA
Mikayıllı Dəniz Səbail PFK
Əliyeva Aylin Ulduz FA
Əlizadə Xədicə Sabah FK
Qurbanova Nuray Ulduz FA
Məmmadova Lamiyə Şəfa FK
Nəsrullayeva Aydan Ulduz FA
Sarafkhanova Sabina FK Krylya Sovetov (Rusiya)
Babayeva Sara SpVgg Greuther Fürth (Almaniya)
Musayeva Zəhra Sumqayıt FK
Əmirova Ebru Ulduz FA
Əzizova Nuray Neftçi PFK






Milli komanda