7 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan millisinin üç oyununa biletlər satışa çıxarıldı


Azərbaycan millisinin üç oyununa biletlər satışa çıxarıldı

Futbol üzrə Azərbaycan milli komandasının qarşıdakı üç oyununa biletlər satışa çıxarılıb.

AFFA-dan 90deqiqe.Az-a bildirilib ki, yığmanın Tacikistanla keçirəcəyi yoldaşlıq görüşünün, həmçinin UEFA Millətlər Liqasında Lixtenşteyn və Litva ilə qarşılaşmalarının biletləri 3-40 manat arasında dəyişən qiymətlərlə satışa təqdim olunur.

Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisi sentyabrın 23-də saat 20:00-da “Palms Sports Arena”da Tacikistan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Yığma oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn, oktyabrın 4-də saat 17:00-da isə “Palms Sports Arena”da Litva millisini qəbul edəcək.

Qeyd edək ki, qarşılaşmalara biletlərin satışı “iTicket.az” platforması vasitəsilə həyata keçirilir.







Milli komanda