- Milli komanda
- 18:23 07.09.2026
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib.
AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, Kişineu şəhərində yerləşən “Technical Center of FAM”da keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan U-17 turnir çərçivəsində daha iki oyun keçirəcək. Millimiz sentyabrın 9-da Bakı vaxtı ilə saat 14:30-da Moldovanın U-18, sentyabrın 11-də isə eyni saatda Latviyanın U-17 komandası ilə qarşılaşacaq.
Hər iki görüş Kişineu şəhərindəki “Technical Center of FAM”da keçiriləcək.