18 sentyabr 2026. Cümə

Ayxan Abbasov Azərbaycan millisinin heyətini açıqladı


Ayxan Abbasov Azərbaycan millisinin heyətini açıqladı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yoldaşlıq görüşü və UEFA Millətlər Liqasında keçiriləcək oyunlar üçün heyəti müəyyənləşdirib.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, yığmanın heyətinə 30 futbolçu dəvət olunub.

Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”).

Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Petrolul”, Rumıniya), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Turan Tovuz”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”).

Yarımmüdafiəçilər: Ceyhun Nuriyev (“Araz-Naxçıvan”), Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov (“Neftçi”), Fərid Yusifli (“Şəfa”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybulayev (“Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev (“Kişvarda”, Macarıstan), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Vüsal İsgəndərli (“Malişeva”, Kosovo).

Hücumçular: Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa), Renat Dadaşov (“FSC Bukovina”, Ukrayna).

Azərbaycan millisi ilk olaraq sentyabrın 23-də yoldaşlıq oyununda Tacikistanla qarşılaşacaq. 8-ci km qəsəbə stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Yığma UEFA Millətlər Liqasında isə sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də isə yenidən Litva ilə üz-üzə gələcək.

Belə ki, Litva ilə ilk görüş sentyabrın 27-də saat 17:00-da “Darius and Girenas” stadionunda, Lixtenşteynlə qarşılaşma oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda, Litva ilə növbəti matç isə oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda keçiriləcək.







Milli komanda