- Milli komanda
- 19:48 22.09.2026
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis mətbuat konfransında qarşıdakı 4 qarşılaşmanın komanda üçün önəmli olduğunu bildirib.
“Bizi qarşıda 4 oyun gözləyir. Millətlər Liqasından öncə Tacikistanla yoldaşlıq görüşü keçirəcəyik. Milli səviyyəsində ilk dəfədir ki, belə qısa müddətdə ardıcıl 4 oyun oynayırıq. Ona görə də heyəti geniş çağırmışıq. Rəqibimiz 2026-cı ildə hələ məğlub olmayıb.
Bəzi futbolçularımız komandaya gec qoşulub. 4-5 futbolçumuz ilk məşqinə çıxacaq. Anton Krivotsyuk və Cəlal Hüseynov demək olar ki, məşqlərdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Təkcə bu oyuna yox, qarşıdakı 4 görüşə hazırlaşırıq.
Rotasiyalı heyətlər olacaq. Yeni gələn futbolçuların da milli komandanı hiss etməsini istəyirik. Sabah həm yaxşı oynayıb, həm də azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik”, – deyə Ayxan Abbasov vurğulayıb.