- Milli komanda
- 22:35 23.09.2026
Azərbaycan milli komandası Tacikistan yığması ilə keçirdiyi yoldaşlıq oyunundan qələbə ilə ayrılıb.
90deqiqe.Az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın yeganə qolu 58-ci dəqiqədə vurulub. Tacikistan millisinin qapıçısı Oleq Baklov topu öz qapısından keçirərək avtoqol müəllifi olub.
Beləliklə, Azərbaycan millisi Millətlər Liqasındakı oyunlar öncəsi hazırlıq xarakterli görüşü qələbə ilə başa vurub.
Qeyd edək ki, yığmamız növbəti üç matçını UEFA Millətlər Liqasında keçirəcək. Azərbaycan sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də isə Bakıda yenidən Litva ilə qarşılaşacaq.