27 sentyabr 2026. Bazar günü

Mahir Emreli qol sevincini əsgər salamı ilə qeyd etdi


Mahir Emreli qol sevincini əsgər salamı ilə qeyd etdi

UEFA Millətlər Liqasının D Divizionunda Litva ilə qarşılaşan Azərbaycan millisinin futbolçusu Mahir Emreli qol sevincini fərqli şəkildə qeyd edib.

90deqiqe.Az-ın məlumatına görə, Kaunas şəhərində keçirilən görüşün 14-cü dəqiqəsində hesabı bərabərləşdirən hücumçu azərbaycanlı azarkeşlərin olduğu tribunaya yaxınlaşaraq əsgər salamı verib.

Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Hazırda Litva – Azərbaycan qarşılaşmasında ilk hissə davam edir və hesab 1:1-dir.







Milli komanda