- Milli komanda
- 19:15 27.09.2026
UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan milli komandaları arasında keçirilən görüş başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Kaunas şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Azərbaycan millisinin heyətində Mahir Emreli 14-cü dəqiqədə hesabı açıb.
Beləliklə, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma UEFA Millətlər Liqasının yeni mövsümünə heç-heçə ilə başlayıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı növbəti oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.