23 oktyabr 2024. Çərşənbə

Millimiz 2 pillə gerilədi


Millimiz 2 pillə gerilədi

FİFA milli komandaların yeni reytinqin siyahısını açıqlanıb.

Corner.az xəbər verir ki, Azərbaycan millisi 2 pillə geriləyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1189 xalla 111-ci sırada qərarlaşıb. Yığma hesabat dövründə yoxlama oyununda Bəhreynə 3:2 hesabı ilə qalib gəlsə də, AVRO-2020-nin seçmə matçında Macarıstana uduzub - 0:1. 

Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya isə 1 pillə irəliləyib. Zlatko Daliçin baş məşqçi olduğu komanda 1631 xalla 7-ci sıradadır. 1 pillə geriləyən Uels 1524 xalla 24-cüdür. 2 sıra aşağı düşən Slovakiya 1493 xalla 31-ci mövqedədir. Macarıstan isə 1429 xalla 50-ci yerdə qalıb.

Qeyd edək ki, ilk 4 sırada dəyişiklik olmayıb. Belçika 1755 xalla liderdir. Fransa 1726 xalla 2-ci, Braziliya 1715 xalla 3-cü, İngiltərə isə 1651 xalla 4-cüdür. 1642 xala malik Uruqvay isə Portuqaliyanı keçərək 5-ci pilləyə yüksəlib.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"