30 sentyabr 2026. Çərşənbə

“Sabah bizim üçün vacib oyun olacaq”


“Sabah bizim üçün vacib oyun olacaq”

Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasının D Divizionunda Lixtenşteynə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Emin Mahmudov mətbuat konfransında bildirib ki, komandanın əsas məqsədi qələbə qazanmaqdır:

“Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazanmalıyıq. Bu çox vacibdir”.

Millinin kapitanı komandada məsuliyyətin yüksək olduğunu vurğulayıb:

“Mütləq qələbə qazanmalıyıq. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmişik. Oyunu səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn qarşılaşması oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.







Milli komanda