1 oktyabr 2026. Cümə axşamı

“Həm yaxşı oyun göstərmək, həm də qələbə qazanmaq istəyirik”


“Həm yaxşı oyun göstərmək, həm də qələbə qazanmaq istəyirik”

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Divizionunda Lixtenşteynə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, qrupda ilk pillədə qərarlaşmaq üçün qarşıdakı matçda qələbə qazanmaq vacibdir:

“Millətlər Liqasında ikinci oyunumuzu evdə keçirəcəyik. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, mütləq qalib gəlməliyik. Rəqibimizi yaxından tanıyırıq. Son oyunlarını izləmişik. İstəkli komandadır. Yaxşı mübarizə aparırlar. Müdafiədə kompakt oynayırlar. İlk növbədə onların müdafiəsini yarmağı bacarmalıyıq”.

Ayxan Abbasov qələbə istəyinin komandanı tələskənliyə sürükləməməli olduğunu vurğulayıb:

“Qalib gəlmək istəyi ilə tələskənliyə yol versək, hər şeyi düzgün analiz etmədən və oyunumuzu doğru qurmadan meydana çıxsaq, çətinliklərlə üzləşə bilərik”.

Baş məşqçi azarkeşlərin önündə həm yaxşı oyun göstərmək, həm də müsbət nəticə qazanmaq istədiklərini qeyd edib:

“Azarkeşlərimizin önündə həm yaxşı oyun göstərmək, həm də qələbə qazanmaq istəyirik”.







Milli komanda