23 oktyabr 2024. Çərşənbə

"Qəbələ" - "APOEL oyunundan sonra dava düşdü


"Qəbələ" - "APOEL oyunundan sonra dava düşdü

UEFA Gənclər Liqasının Qəbələdə keçirilən "Qəbələ" - APOEL qarşılaşması başa çatar-çatmaz qalmaqal yaşanıb.

Corner.az sportinfo.az saytına istinadən xəbər verir ki, hər iki komandanın futbolçuları bir-birilərinə hücum çəkiblər.

Hadisənin mərkəzində meydan sahiblərindən Veysəl Rzayev, Rüfət Əhmədov, Əli Mürsəlov, kiprlilərdən isə qələbə qolunun müəllifi Ciannis Satsias olub. Veysəl Rzayev qələbəni çılğınqla qeyd edən rəqib futbolçunu sillə ilə vurub. Məşqçilər və hakimlərin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub. Qalmaqalın iştirakçılarından Veysəl Rzayev sonra qırmızı vərəqə alıb.

Digər tərəfdə - qəbələli azarkeşlərlə polislər arasında da qarşıdurma qeydə alınıb. "Qəbələ"nin "Red Black army" fan-klubundan bir nəfər polis tərəfindən bölməyə aparılıb. Buna səbəb azarkeşlərin tribunaları gec boşaltması olub. .

Daha bir insident isə polislə klubun mühafizəçilərinin arasında olub. Azarkeşlə kobud rəftara görə polisə etiraz edən mühafizəçilər asayiş keşikçilərinə etiraz bildirib. Ara münaqişə böyümədən sakitləşib. (qol)







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"