22 noyabr 2024. Cümə

“Qələbəyə də, məğlubiyyətə də hazır idik” - “Qəbələ”nin baş məşqçisi


“Qələbəyə də, məğlubiyyətə də hazır idik” - “Qəbələ”nin baş məşqçisi

“Oyunu istədiyimiz kimi başlasaq da, sonunu gətirə bilmədik. Hücum futbolu oynamaq istəyirdik. Müdafiəyə çəkilmək fikrimiz yox idi".

Corner.az-ın  klubun saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində APOEL-ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Bilirdik ki, APOEL təhlükəli rəqibdir. Cərimə meydançamıza nə qədər yaxın oynasalar, qol vurmaq şansları olacaq. Bu səbəbdən də kiprliləri öndə qarşılamağı fikirləşirdik. Bəzi futbolçularımız bu tapşırığı yerinə yetirsələr də, digərləri bunu bacarmadılar. Buna görə də sıxıntı ilə üzləşdik və qol buraxdıq. Rəqibin heyətində Giannis Satsiasln oyununu analiz etmişdik. Bilirdik ki, hansı səviyyədə oynayır. Ona bir nəfər ayırmışdıq ki, sonadək onu nəzarətdə saxlasın. Lakin futbolçumuz bunu bacarmadı. Rəqib oyunu həmin futbolçunun üzərində qurmuşdu. Qolu da həmin oyunçu vurdu" - deyə o bildirib.

F.Xəlilov komandasını mübarizə apardığı, istəkli olduğu üçün təbrik edib: "Bu futboldur. Biz hər şeyə - qələbəyə də, məğlubiyyətə də hazır idik. Mərhələni keçsəydik, daha yaxşı olardı. Futbolçulara da dedim ki, məğlubiyyəti unudub, ölkə çempionatına köklənməliyik. Gələn il eyni hissi yaşamaq üçün yenə çempion olmaq vacibdir”.(qol)







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi