4 oktyabr 2026. Bazar günü

Azərbaycan millisi Millətlər Liqasında ilk qələbəsini qazandı


Azərbaycan millisi Millətlər Liqasında ilk qələbəsini qazandı

 Azərbaycan milli komandası UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə,  Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Bakıda Litva seçməsini qəbul edib. “8-ci kilometr” stadionunda keçirilən qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev vurub.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.







Milli komanda