- Milli komanda
- 19:59 06.10.2026
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Rəşad Eyubovun rəhbərlik etdiyi yığma Bakıda Cəbəllütariq U-21 komandası ilə qarşılaşıb.
B qrupunun “Bank Respublika Arena”da keçirilən görüşündə Azərbaycan millisi rəqibini 3:0 hesabı ilə məğlub edib.
Yığmamızın heyətində Nihat Əhmədzadə 8-ci dəqiqədə hesabı açıb. Ağadadaş Salyanski isə 43-cü və 51-ci dəqiqələrdə fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.
Beləliklə, Azərbaycan U-21 millisi seçmə mərhələni 10 xalla başa vurub. Yığmamız 6 komandanın yer aldığı B qrupunda 5-ci pillədə qərarlaşıb.