7 oktyabr 2026. Çərşənbə

Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib


Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib

FIFA milli komandaların reytinq cədvəlini yeniləyib.

90deqiqe.Az-ın ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisinin mövqeyində dəyişiklik olub. Ayxan Abbasovun rəhbərlik etdiyi yığma 1138,96 xalla bir pillə geriləyərək 127-ci sırada qərarlaşıb.

Reytinqə 2011,57 xalla son dünya çempionu İspaniya millisi başçılıq edir. Argentina 1972,80 xalla ikinci, Fransa isə 1958,86 xalla üçüncü pillədə yer alıb.







Milli komanda