7 oktyabr 2026. Çərşənbə

Azərbaycanın qadın futbol millisi Türkiyədə təlim-məşq toplanışına başlayıb


Azərbaycanın qadın futbol millisi Türkiyədə təlim-məşq toplanışına başlayıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, oktyabrın 5-də başlayan hazırlıq prosesi ayın 13-dək davam edəcək.

Toplanış çərçivəsində milli komandamız “Antalyaspor”un qadınlardan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Görüş oktyabrın 9-da “Titanic Deluxe Belek Football Center”də təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.







Milli komanda