- Milli komanda
- 21:46 24.10.2026
Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında ilk oyununa çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandası ilə qarşılaşıb. Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv rəqibini 6:0 hesabı ilə məğlub edib.
Millimizin heyətində Müşfiq Zamanov və Həsən Məhmədov hərəyə iki qol vurublar. Yusif Əlizadə və Asif Allahverdizadə isə hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu oktyabrın 24-də Andorra yığmasına qarşı keçirəcək. İlk dəfə təşkil olunan turnir oktyabrın 23-dən 30-dək davam edir və FIFA-ya üzv 189 milli assosiasiyanın gənc futbolçularını Bakıda bir araya gətirir.