- Milli komanda
- 13:49 25.10.2026
Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatında növbəti qələbəsini əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv Andorra yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız növbəti oyununu bu gün Avstraliya seçməsinə qarşı keçirəcək. Hövsan Yarış Kompleksinin 10A meydançasında təşkil olunacaq qarşılaşma saat 19:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi mundialdakı ilk oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.