- Milli komanda
- 19:08 26.10.2026
Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti qələbəsini qazanıb.
90deqiqe.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin növbəti oyununda İsrail yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirilən görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız növbəti və son oyununu Haiti seçməsinə qarşı keçirəcək. Qarşılaşma saat 18:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə əvvəlki üç oyunun ikisində qələbə qazanıb, birində isə məğlub olub. İsrail üzərindəki qələbədən sonra komandamızın aktivində üç qələbə var.
FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-da başa çatacaq.