- Milli komanda
- 19:24 28.10.2026
Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv C divizionunun 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi növbəti oyununda Cəbəllütariq yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız mundialdakı ilk oyununda Timor-Leste komandasını 6:0, İsrail seçməsini 3:1, Andorra yığmasını isə 1:0 hesabı ilə məğlub edib. Komandamız Avstraliya millisinə 1:3, Haiti seçməsinə isə 0:4 hesabı ilə uduzub.
Beləliklə, Azərbaycan millisi hazırda turnirin 65–96-cı yerləri uğrunda mübarizə aparır.
FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək altı final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə başa çatacaq.