28 oktyabr 2026. Çərşənbə

Azərbaycan millisi U-15 mundialında Cəbəllütariqə qalib gəlib


Azərbaycan millisi U-15 mundialında Cəbəllütariqə qalib gəlib

Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv 81–96-cı yerlər uğrunda görüşdə Cəbəllütariq yığması ilə qarşılaşıb. Matç Azərbaycan millisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz günün ilk oyununda Çili seçməsinə 1:3 hesabı ilə məğlub olub.

FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək altı final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə başa çatacaq.







Milli komanda