30 oktyabr 2026. Cümə

Azərbaycan millisi U-15 mundialında Vyetnama məğlub olub


Azərbaycan millisi U-15 mundialında Vyetnama məğlub olub

Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının C Divizionunda növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv Vyetnam yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığmamız qrup mərhələsində Timor-Leste komandasını 6:0, Andorra seçməsini 1:0, İsrail yığmasını isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

C Divizionunda 81–96-cı yerlər uğrunda mübarizə aparan komandamız daha əvvəl Çili yığmasına 1:3 hesabı ilə məğlub olub, Cəbəllütariq seçməsini 5:1, Mozambik komandasını isə 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin milli assosiasiyalarını təmsil edən komandalar iştirak edir. Turnir çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Oktyabrın 30-da başa çatacaq yarış Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında təşkil olunacaq.







Milli komanda