30 oktyabr 2026. Cümə

Azərbaycan millisi U-15 mundialını 84-cü pillədə başa vurub


Azərbaycan millisi U-15 mundialını 84-cü pillədə başa vurub

Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında sonuncu oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv 83-cü yer uğrunda görüşdə Əfqanıstan yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən matçın əsas vaxtı 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün keçirilən penaltilər seriyasında Əfqanıstan millisi 3:2 hesabı ilə üstün olub. Beləliklə, Əfqanıstan mundialı 83-cü, Azərbaycan isə 84-cü yerdə başa vurub.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı bu gün Bakı Kristal Zalında keçiriləcək final qarşılaşması, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.







Milli komanda