19 aprel 2026. Bazar günü

Azərbaycan - Ukrayna matçının vaxtı bilindi


Azərbaycan - Ukrayna matçının vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

Corner.az xəbər verir ki, komandamız gələn ay Ukrayna ilə üz-üzə gələcək.

Ukraynalı həmyaşıdlarla qarşılaşma noyabrın 19-na təsadüf edəcək. Gənclər millimiz rəqibini həmin gün "Dalğa Arena"da qəbul edəcək.

Azərbaycan - Ukrayna matçının start fiti saat 18:00-da səslənəcək.







Milli komanda