7 noyabr 2026. Şənbə

Emin Mahmudov Azərbaycan millisindəki karyerasını başa vurur


Emin Mahmudov Azərbaycan millisindəki karyerasını başa vurur

Azərbaycan millisinin kapitanı və yarımmüdafiəçisi Emin Mahmudov yığmadakı çıxışını başa vurmaq qərarına gəlib.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, təcrübəli futbolçu bu qərarı federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra qəbul edib. Noyabr toplanışı çərçivəsində Andorra millisinə qarşı keçiriləcək yoldaşlıq görüşü Emin Mahmudov üçün milli komandada sonuncu oyun olacaq.

2016-cı ildən Azərbaycan millisinin formasını geyinən yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi oyunlarda 15 qola imza atıb. Bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu geridə qoyan Mahmudov Azərbaycan millisinin tarixində ən məhsuldar futbolçu tituluna sahibdir.

Qeyd edək ki, Azərbaycan millisi noyabr toplanışı çərçivəsində noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteynlə, noyabrın 16-da isə yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq.







Milli komanda