12 noyabr 2026. Cümə axşamı

Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsinə ağır məğlubiyyətlə başlayıb


Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsinə ağır məğlubiyyətlə başlayıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2026/2027-ci il mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda ilk oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Emin Mustafayevin baş məşqçisi olduğu yığma səfərdə Almaniya millisi ilə qarşılaşıb. Görüş rəqib komandanın 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-17 millimiz növbəti oyununu noyabrın 14-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.







Milli komanda