12 noyabr 2026. Cümə axşamı

Azərbaycan U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb


Azərbaycan U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, yığmamız Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Serbiyanın paytaxtı Belqradda keçirilən görüş rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 millimiz növbəti oyununu noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları yığmasına qarşı keçirəcək.







Milli komanda