- Milli komanda
- 23:57 16.11.2026
Azərbaycan millisinin kapitanı və yarımmüdafiəçisi Emin Mahmudov yığmanın heyətində son oyununa çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, futbolçunun vida matçı Andorra millisinə qarşı keçirilən yoldaşlıq görüşünə təsadüf edib.
Qarşılaşmadan əvvəl AFFA-nın baş katibi Cahangir Fərəcullayev Emin Mahmudova 66 nömrəli formanı təqdim edib.
2016-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan 33 yaşlı yarımmüdafiəçi yığmanın heyətində 65 oyun keçirib və 15 qol vurub.
Beləliklə, Emin Mahmudov Qurban Qurbanovun rekordunu yeniləyərək Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçu adını daşıyır.