17 noyabr 2026. Çərşənbə axşamı

Azərbaycan millisi Andorranı məğlub edərək ili qələbə ilə başa vurub


Azərbaycan millisi Andorranı məğlub edərək ili qələbə ilə başa vurub

Futbol üzrə Azərbaycan milli komandası ilin son oyununda beynəlxalq yoldaşlıq görüşünə çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə Andorra millisi ilə qarşılaşıb. Enkamp şəhərində keçirilən görüş Azərbaycan komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində Eşqin Əhmədov, Musa Qurbanlı və Toral Bayramov (penalti) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə İzan Fernandes vurub.

Beləliklə, Azərbaycan millisi 2026-cı ilin son oyununu qələbə ilə başa vurub.







Milli komanda