18 noyabr 2026. Çərşənbə

Azərbaycan U-21 millisi Omanın U-23 yığmasını ikinci dəfə məğlub edib


Azərbaycan U-21 millisi Omanın U-23 yığmasını ikinci dəfə məğlub edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, “Bank Respublika Arena”da təşkil olunan qarşılaşma Rəşad Eyubovun rəhbərlik etdiyi komandanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində Elgün Dünyamalıyev, Əli Xəlilov, İlkin Cəfərli və Niyazi Osmanov fərqləniblər.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoxlama görüşündə də Azərbaycan yığması 2:1 hesablı qələbə qazanmışdı.







Milli komanda