18 noyabr 2026. Çərşənbə

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib


Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində mövqeyini yaxşılaşdırıb.

90deqiqe.Az-ın ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığma 1145,18 xalla üç pillə irəliləyərək 124-cü sıraya yüksəlib.

Millimizin reytinqdə irəliləməsinə UEFA Millətlər Liqasında Lixtenşteyn (1:0), eləcə də beynəlxalq yoldaşlıq görüşündə Andorra (3:1) üzərində qazandığı qələbələr təsir edib.

Reytinq cədvəlinə 2004,48 xalla İspaniya millisi başçılıq edir. Argentina 1966,13 xalla ikinci, Fransa isə 1950,82 xalla üçüncü pillədə qərarlaşıb.







Milli komanda