19 noyabr 2026. Cümə axşamı

Azərbaycanın U-19 qızlardan ibarət millisi təlim-məşq toplanışına başlayıb


Azərbaycanın U-19 qızlardan ibarət millisi təlim-məşq toplanışına başlayıb

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin I raunduna hazırlıq məqsədilə təlim-məşq toplanışına start verilib.

AFFA-nın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, noyabrın 18-dən etibarən Dalğa Təlim-Məşq Mərkəzində keçirilən hazırlıq prosesinə 20 futbolçu cəlb olunub.

Serbiyada təşkil ediləcək seçmə mərhələ oyunlarına hazırlıq məqsədi daşıyan toplanış noyabrın 23-dək davam edəcək.

Nr. Soyadı Adı Klub
1 Ağaliyeva Nərgiz Şəfa FK
2 Bayramova Firuzə Dirçəliş FK
3 Cəfərova Arzu İmişli PFK
4 Əsədova Səma Sabah FK
5 Vaysman Yelizaveta İmişli PFK
6 Abdiyeva Ayan Liman UFK
7 Rəhimova Xədicə Neftçi PFK
8 İsmayılova Zəhra İmişli PFK
9 Şərəfxanova Səbinə Krılya Sovetov FK (Rusiya)
10 Səmədli Məryəm Sabah FK
11 Səlimova Sara Neftçi PFK
12 Ağaliyeva Arzu Şəfa FK
13 Məmmədzadə Mehri Şəfa FK
14 Məmmədova Naidə Dirçəliş FK
15 Polikarpova Suel Neftçi PFK
16 Salamzadə Ayşən Gaziantep Safir SK (Türkiyə)
17 Əlizadə Xədicə Sabah FK
18 Kərimli Fatimə Sabah FK
19 Əsədova Xanım Gaziantep Safir SK (Türkiyə)
20 Mirzəliyeva Şəhanə Liman UFK






Milli komanda