27 noyabr 2026. Cümə

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb


Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası (U-19) 2026/2027 mövsümündə Avropa çempionatının I seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, B Liqasının 3-cü qrupunda mübarizə aparan yığma ilk oyununda səfərdə Serbiya ilə qarşılaşıb.

Stara Pazovada, Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 1-ci meydançasında keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyunlarını noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmalarına qarşı keçirəcək.







Milli komanda