13 may 2026. Çərşənbə

Beşiktaş'ın iki futbolçusu Azərbaycan yığmasına dəvət alıb


Beşiktaş'ın iki futbolçusu Azərbaycan yığmasına dəvət alıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Yunanıstanın Patra şəhərindəki Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb. 

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Vüqar Məmməd noyabrın komandaya 21 futbolçu çağırıb. Bunlardan 5-i legionerdir. 

Qeyd edək ki, 9-cu qrupda yer alan Azərbaycan yığması noyabrın 13-də meydan sahibləri, noyabrın 16-da Almaniya, noyabrın 19-da isə Qazaxıstanla qarşılaşacaq. Komanda noyabrın 6 - 9-da Bakıda hazırlıq prosesi keçəcək. 


AD, SOYADKLUB
1Eldar TağızadəFundacion Marcet (İspaniya)
2Amin RamazanovLokomotiv (Moskva, Rusiya)
3Rəşad HəsənovKeşlə
4Cəlal HüseynovZirə
5Mirəli ƏhmədovNeftçi
6İbrahim RamazanovQəbələ
7Kamal KazımovKeşlə
8Ümid SəmədovKəpəz
9Ayxan SüleymanlıFootball academy Manchester (İngiltərə)
10Nihad CəfərovNeftçi
11Rauf RüstəmliQəbələ
12Berkay VardarBeşiktaş (Türkiyə)
13Yusuf OralBeşiktaş (Türkiyə)
14Musa MusazadəQarabağ
15Gülağa ƏsədovQəbələ
16Mehrac BəxşəliyevQəbələ
17Nicat QuliyevSəbail
18Zöhrab ƏsədovQarabağ
19Mirmöhsüm CanıyevQarabağ
20Nurəli NurəliyevZirə
21Rəvan NağıyevNeftçi







Milli komanda