5 dekabr 2025. Cümə

Yurçeviç millimizə 24 futbolçu dəvət etdi


Yurçeviç millimizə 24 futbolçu dəvət etdi

Azərbaycan milli komandasının AVRO-2020-non seçmə mərhələsində Uels və Slovakiya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. 

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç son matçlar üçün 24 futbolçuya dəvət göndərib. “Keşlə”nin yarımmüdafiəçisi Vüsal İskəndərli ilk dəfə yığmaya çağrılıb.

AD, SOYADKLUB
1Səlahət AğayevNeftçi
2Emil BalayevTobol (Qazaxıstan)
3Mehdi CənnətovSumqayıt
4Maksim MedvedevQarabağ
5Bədavi HüseynovQarabağ
6Abbas HüseynovQarabağ
7Şəhriyar ƏliyevSumqayıt
8Anton KrivotsyukNeftçi
9Pavel PaşayevOleksandriya (Ukrayna)
10Şəhriyar RəhimovSəbail
11Təmkin XəlilzadəSabah
12Bəhlul MustafazadəSabah
13Qara QarayevQarabağ
14Riçard AlmeydaQarabağ
15Emin MahmudovNeftçi
16Dmitri NazarovErzgebirge Aue (Almaniya)
17Cavid HüseynovZirə
18Eddi İsrafilovAlbasete (İspaniya)
19Ağabala RamazanovSəbail
20Araz AbdullayevQarabağ
21Ramil ŞeydayevDinamo (Moskva, Rusiya)
22Rüfət DadaşovProysen Münster (Almaniya)
23Renat DadaşovPakuş de Fereyra (Portuqaliya)
24Vüsal İskəndərliKeşlə

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavadakı Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda, 17-dən 19-dək isə Slovakiyada təlim-məşq toplanışı keçirəcək.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu