30 yanvar 2026. Cümə

Obradoviçdən qələbə şərhi


Obradoviçdən qələbə şərhi
“Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaqdı”.

Corner.az xəbər verir ki, bunu U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində bu gün Lixtenşteynlə keçirilən görüşdən sonra mətbuat konfransında söyləyib.

Serbiyalı mütəxəssis Sumqayıtda qazandıqları qələbəni (1:0) belə şərh edib: “Fasilədə uşaqlarla söhbətimizdə bunu onların diqqətinə çatdırdıq və bir qədər səbrli, soyuqqanlı olmalarını tapşırdıq. Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumları cinahdan qurmuşduq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamalarını tapşırmışdıq.

Bu gün satdionda bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm”.





Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu