- Milli komanda
- 15:22 16.03.2026
AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Uels yığması ilə Bakıda, Slovakiya kollektivi ilə isə Trnavada qarşılaşacaq Azərbaycan millisi heyətlə bağlı problemlə üzləşib.
Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın "Proyssen" klubunda çıxış edən Rüfət Dadaşov heyətdən çıxarılıb.
Buna 29 yaşlı hücumçunun dünən keçirilmiş məşqdə zədələnməsi səbəb olub.