- Milli komanda
- 14:00 14.11.2024
Azərbaycan millisinin futbolçusu Bəlul Mustafazadə Avro-2020-nin seçmə məhələsinin 9-cu turunda evdə Uels yığmasına 0:2 hesabl ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cabablandırıb.
- Görüş gözlədiyimiz kimi çətin başladı. Rəqib qrupdan çıxmaq üçün mübarizə aparırdı. Matçın əvvəllərində qol buraxdıq. Təəssüflər olsun ki, toparlana bilmədik və qapımızda 2-ci topu da gördük. Bundan əlavə, bir şeyə də təəssüf edirəm ki, sonuncu ev oyunumuzda azarkeşlərimizi sevindirə bilmədik. Ümid edirəm ki, gələcəkdə bunu bacararıq.
- İkinci hissədə oyununuz tamamilə alınmadı. Çatdırmırdınız, yoxsa rəqib sizə qarşı pressinq tətbiq edirdi?
- Rəqibin keyfiyyəti hamıya bəllidir. Bundan əlavə 2 qol buraxandan sonra bəlkə də özümüzdə inam hiss etmədik.
- Son vaxtlar milli komandada da yüksək səviyyədə oyun nümayiş etdirirsiniz. Xaricə getməyi, gələcək hər hansı bir təklifi dəyərləndirməyi düşünürsünüzmü?
- Əlbəttə. Bunu istəyirəm.
- Bu yaxınlarda adınız \"Sanderlend\"lı hallanırdı...
- Konkret klub deyə bilmərəm. Çünki mənim də xəbərim yoxdur, rəsmi deməyiblər. Bundan başqa ölkə xaricindəki oyunçuların da, bizim futbolçularımızın da keyfiyyətini özünüz görürsünüz. Buna görə də inkişaf etmək üçün ölkədən çıxmaq lazımdır. Belə bir şans olsa, mütləq dəyərləndirəcəyəm.
- Bu gün bir daha təsdiqləndi ki, Azərbaycan yığması ev oyunları ilə müqayisədə səfərdə daha yaxşı çıxış edir. Bu, nə ilə bağlıdır?
- Açığı, səbəbini tam dəqiq deyə bilməyəcəyəm. Ola bilər ki, evdə qalib gəlib, nəticə qazanmaq istəyirik. Səfərdə isə daha rahat oluruq. Bu haqda başqa bir fikrim yoxdur.
- Qara Qarayev penatli epizodunu qabartdı ki, bizi motivasiyadan saldı, penalti qeydə alınsaydı, bəlkə də başa cür olardı. Bu barədə siz nə fikirləşirsiniz?
- Penalti olsaydı, hesabı 1:2 etmək olardı. Sonra isə öz şanslarımızı gözləyə bilərdik. Qaranın sözlərinə qismən qatılıram. Çünki qol vursaydıq, geri dönüş üçün inam yaranardı.
- Rəqib azarkeşlərin çox olması sizi təəccübləndirmədi? Yəni, təəssüflənmədiniz ki, bizim tərəfdarlardan daha çılğındırlar?
- Bu, faktdır, onların genetikasında var. Bizdən fərqli olaraq, onlarda azarkeş mentaliteti var. Düşünürəm ki, bu, normaldır. Çünki onların çempionatı fərqlidir. Bizdə futbola o qədər də maraq yoxdur. Amma onlarda əksinədir. Bunun nəticəsində də o qədər azarkeş onları dəstəklədi.
- Xaricə getməklə konkret olaraq nəsə demədiniz. Sizə təklif gəlib?
- Heç bir təklif olmayıb.
- Son görüş səfərdə Slovakiyaya qarşıdır. Sizcə, qrupda 1 xalla qalacağıq, yoxsa, səfərdən 1 xalla qayıtmağa ümid var?
- Bunun üçün çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, 1 xalla kifayətlənməyək. Çünki özümüz də bundan narazıyıq. Bunun da fərqinə varmaq lazımdır ki, qrupumuzdakı bütün komandalar bizdən güclüdür. Yenə də son oyunda vuruşacağıq.
- Slovakiya millisi kifayət qədər güclü komandadır. Üstəlik bu gün məğlub oldunuz və səfərə gedəcəksiniz. Bunlar hamısı yorğunluq yaradır. Hazırlıq yəqin ki, çətin olar.
- Əlbəttə. Slovakiya ilə görüşün bu matçdan da çətin olacağını düşünürəm. Məncə, Slovakiya yığması keyfiyyət baxımından qrupda Xorvatiya millisindən sonra 2-ci komandadır. Çətin olacağını bilirik. Amma yenə də mübarizə aparıb, xal qazanmağa çalışacağıq.