- Milli komanda
- 16:52 13.01.2026
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirəcək.
Corner.az-ın məlumatına görə, millimiz Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, yığmamız bundan əvvəlki oyunlarında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabı ilə məğlub olub.
19 noyabr
16:00. Azərbaycan - Qazaxıstan