5 dekabr 2025. Cümə

Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar - Vüqar Məmməd


Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar - Vüqar Məmməd

"Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı. Bu cür futbol oynayan komandaya qol vurmaq çox çətindir".
 
Corner.az xəbər verir ki, bu sözləri U-17 millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində Qazaxıstana məğlub olduqları matçdan sonra deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "İki kobud səhv etdik. Nəticədə rəqib də bundan məharətlə istifadə edib qalib gəlməyi bacardı. Taktiki baxımdan üstün olduğumuzu qeyd edə bilərəm. Sadəcə, əvvəlki oyunlarda olduğu kimi, yaratdığımız qol imkanlarını dəyərləndirə bilməmək problemimiz davam edir. Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar”.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu