5 dekabr 2025. Cümə

Azərbaycan millisi daha intizamlı oynadı - Ruslan Rotan


Azərbaycan millisi daha intizamlı oynadı - Ruslan Rotan

'Bakıda sonuncu dəfə 2015-ci ildə olmuşdum. Açığı, şəhəriniz çox dəyişib, yaxşı mənada təəccübləndirdi. Yoldaşlıq oyunu üçün məhz bizi dəvət etdiyinizə görə təşəkkür edirik”.

Corner.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Ruslan Rotan yığmamızla bu gün keçirilən yoxlama oyunundan (1:1) sonra deyib.


O, millimizin daha yaxşı təsir bağışladığını bildirib: “Oyun gözlədiyimiz kimi keçmədi. Yoldaşlıq görüşü olduğu üçün yeni dəvət etdiyimiz futbolçuları yoxlamağa çalışdıq. Bu istəyimiz də cəmi bir hissə alındı. İki qırmızı vərəqə aldıq və azlıqda qaldıq. Futbolçularımın əzmkarlıq göstərməsi məni sevindirdi. Azərbaycan millisi isə daha intizamlı, çevik və kompakt oynadı. Bu da Milan Obradoviçin işidir. Çünki əvvəlki matçlarınızda bunu izləməmişdik”.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu