23 oktyabr 2024. Çərşənbə

Kökçü Türkiyə millisini seçdi


Kökçü Türkiyə millisini seçdi

21 yaşadək fuitbolçulardan ibarət millimizin futbolçu Ozan Can Kökçünün qardaşı Orkun Kökçünun hansı yığmanın formasını geyinəcəyi bəlli olub. 

Corner.az "Hurriyet"ə istinadən xəbər verir ki, Hollandiyanın "Feyenord" klubunda çıxış edən hücumameyilli yarımmüdafiəçi bu barədə özü açıqlama verib.

O, aşağı yaş qruplarında Hollandiya üçün oynasa da, Türkiyənin əsas milli komandasının formasını geyinmək istədiyini bildirib. "Türkiyədə özümü evimdə hiss edirəm. Bundan əlavə, bu komandada Hollandiyaya nisbətən daha çox oynamaq şansı əldə edəcəyimi düşünürəm. Aşağı yaş qruplarında Hollandiyanın kapitanı olmuşam. Ailəm bu ölkəni seçəcəyimi düşünürdü. Mənim üçün çətin qərar oldu. Amma qərarım qətidir". 

Qeyd edək ki, Ozan Can Kökçü hazırda "Sabah" klubunda çıxış edir. Hollandiya və Türkiyə vətəndaşlığı olan Orkun Kökçü isə daha öncə qardaşı kimi Azərbaycan millisini seçəcəyini istisna etməmişdi. 







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"