21 mart 2026. Şənbə

Millimizin oyunlarının vaxtı dəyişdirildi


Millimizin oyunlarının vaxtı dəyişdirildi

Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Monteneqro ilə oyunlarının tarixi dəyişdirilib.

Corner.az-ın AFFA-nın saytına istinadən xəbərinə görə, səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.

Yoldaşlıq görüşləri, əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 3-də və 5-də deyil, dekabrın 4-də və 6-da keçiriləcək.







Milli komanda