23 noyabr 2024. Şənbə

Azər Bağırov: 'Araz - Naxçıvan Premyer Liqaya...'


Azər Bağırov: 'Araz - Naxçıvan Premyer Liqaya...'
“Araz -  Naxçıvan” futbol klubunun baş məşqçisi Azər Bağırov  Corner.az-a açıqlamasında Premyer Liqa vəsiqəsi ilə bağlı məsələlərə aydınlıq gətirib:

“3 gün əvvəl qərar verildi. Həmin qərarda da göstərilir ki, “Araz - Naxçıvan” Premyer Liqaya vəsiqəni təmin edib. Sadəcə olaraq, orda bəzi məsələlər qalıb. Hansı ki, İcra komitəsi də səhv etmirəmsə bu ayın sonuna qədər, çempionat tam bitdikdən sonra qərar verilməlidir. İcra komitəsinin qərarından sonra bu tam şəkildə bilinəcək. İnanıram ki, “Araz – Naxçıvan” bu vəsiqəni əldə edəcək və Premyer Liqada iştirak edəcək”

Şəfəq Samed






Müsahibə