- Müsahibə
- 22:18 20.10.2024
“Araz - Naxçıvan” futbol klubunda transfer məsələlərinə aydınlıq gəlib.
Futbol
komandasının baş məşqçisi Azər Bağırov Corner.az-a açıqlamasında bildirib ki, əsas
işləri Premyer Liqa vəsiqəsini əldə
etdikdən sonra edəcəklər:
“Hazırda baxdığımız, izlədiyimiz, söz göndərdiyimiz futbolçular var. Bizlərlə kim davam edəcək bu da çox maraqlıdı. İstərdik ki, futbolçuların yarısından çoxu bizimlə olsun. Yəni I Divizionda olanlar. Amma reallıqlar, standartlar var. Və bu gün həmin o standartlara cavab verən, heyətimizdə olanlardan bir neçəsi bizimlə davam edə biləcək. Çünki biz Kubok oyununda “Qəbələ” ilə qarşılaşdıqda çox böyük boşluqlar gördük”.
Şəfəq Samed