- Müsahibə
- 22:18 20.10.2024
Qarabağın sabiq futbolçusu, yarımmüdafiəçi Əfran İsmayılov məşqçi olmaq istəyir.
Karyerasını yekunlaşdırıb məşqçi olmağa hazırlaşan Əfran İsmayılov bu barədə Corner.az-a müsahibə verib.
“Son 3-4
aydı demək olar ki, məşqçilik kurslarında təhsil
alıram. Hazırda 14-15 yaşlı futbolçularla işləyirəm. Bu, məşqçi olmaq üçün
kateqoriya almağa görə önəmlidi. Bir neçə gün əvvəl bütün imtahanları vermişəm, cavablarını
gözləyirəm. Ondan sonra hansı qruplarla, hansı kateqoriyada çalışacağıma qərar
verəcəm”.
Xatırladaq ki, Əfran İsmayılov 2015-ci ildən Qarabağda çıxış edib, futbolçu olaraq karyerasını yekunlaşdırıb.