8 sentyabr 2024. Bazar günü

Tailandda qızıl medal qazanan qərbi azərbaycanlı Amanov Elnur


Tailandda qızıl medal qazanan qərbi azərbaycanlı Amanov Elnur
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.     90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi taekvondoçu Amanov Elnur Sakit oğlu ilə tanış edəcək.    Amanov Elnur Sakit oğlu 13 iyul 1977-ci ildə Ermənistanın Meğri rayonunda anadan olub. Məşqçisi Əməkdar məşqçi Süleyman Məmmədlidir.   Amanov Elnur taekvondo ilə ilk məşqlərə 1992-ci ildə “Savalan” mədəni idman məktəbində başlayıb.  II dən qara kəmər ustasıdır. Dəfələrlə respublika çempionu olmuş, İran və Türkiyədə keçirilən beynəlxalq yarışlarda mükafata layiq yerlər tutub.    O, 1999 və 2001-ci illərdə hərbçilərin dünya çempionatında müvafiq olaraq bürünc və gümüş medallar qazanıb.  Avropa çempionatında III yerə (2002, Türkiyə), iki dəfə II yerə (2004, Norveç, 2005, Latviya), dünya kubokunda III yerə layiq görülüb. 2006-cı ildə Tailandda, Avropa çempionatında qızıl medal qazanıb.     Onu da qeyd edək ki, Amanov Elnur Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.  





Müsahibə