8 sentyabr 2024. Bazar günü

"Ən böyük hədəfimiz Qərbi Azərbaycanda cüdo məktəbi açmaqdır"- Ramin İbrahimov


"Ən böyük hədəfimiz Qərbi Azərbaycanda cüdo məktəbi açmaqdır"- Ramin İbrahimov

Paralimpiyaçı Ramin İbrahimovun 90deqiqe.Az-a müsahibəsini təqdim edirik:

- Ramin bəy, İlk Qərbi azərbaycanlı Avropa çempionu olmaq necə bir hissdir?

- Mən Qərbi Azərbaycanda anadan olmuşam. Biz 1988-ci ildə deportasiya olmuşuq.  Mən yeganə Qərbi azərbaycanlıyam ki,  paralimpiya çempionu olmuş, şöhrət ordeni, tərəqqi medalı olimpia təqaüdçüsü və. s kimi fəxri adlara layiq görülmüşəm. Mənim üçün çox sevindirici haldır ki, mən Azərbaycana gəldim və buranın vətəndaşı oldum və öz ölkəmizi təmsil edərək, bayrağımızı zirvələrə qaldırdım.

-İdmana marağınız necə yaranıb? Bunu özünüz istəmisiniz, ya valideynləriniz?

-Mən 10 yaşına kimi Qərbi Azərbaycanda yaşamışam. Kiçik yaşlarımdan çox hərəkətli uşaq olmuşam. 1988-90ci illərdə mən idmana getməyə başladım. Anam məni ilk dəfə Samboya yazdırdı. Elə bundan sonra da dedim ki, idman mənim yaşamaq səbəbimdir və qısa müddətdə bu yerlərə gəlib çatdım.

-Yenidən Qərbi Azərbaycana qayıtmaq şansınız olsaydı, orada idman məktəbi açmaq istərdinizmi?

-Əlbəttə ki, mən çox istyərdim ki, uşaqlığımın keçdiyi doğma torpaqlarımızı yenidən görüm. Orada bizim çox gözəl xatirələrimiz var. Arzu edərik ki, tez bir zamanda o torpaqlarda azərbaycanlılar olsun.  Bizim Bakıda cüdo klubumuz var, istərdim ki, qismət olsa orada da bu klubun filialını açaq.

-Ramin bəy, qeyd etdiniz ki, Bakıda cüdo məktəbiniz var. Tələbələriniz varmı?  Hansı nəaliyyətləri qazanıblar?

- Bizim cüdo klubumuz var. Artıq neçə illərdir fəaliyyət göstərir. Şəxsi klubumuz da var. Səhərdən axşama kimi, yüzlərlə uşaqlar idmanla məşğul olurdular. Hər bir tələbəmiz yüksək naliyyətlər əldə edir. Əsasən də, mən qadınlardan ibarət paracüdo milli komandasının baş məşqçisiyəm. Əsas heyətdə baza şəklində burda milli komanda məşqlərini edir.  Komandanın böyük əksəriyəti mənim öz şəxsi tələbələrimdir. O cümlədən biz, Tokio Yay Paralimpiya oyunlarında milli komanda olaraq tarixdə ilk dəfə olaraq 4 qızıl medal əldə etdik onlardan ikisi mənim şəxsi tələbəm idi. Biz hazırda Paris Paralimpia oyunlarına hazırşırıq. Qələbə ilə dönmək məqsədimizdir.

- Ramin bəy, dövlət tərfindən sizə dəstək və qayğı göstərilirmi?

-Əlbəttə ki, dövlətimiz və ölkə başçımız Cənab Prezident İlham Əliyev tərfindən bizə böyük diqqət və qayğı var. Mən güləşdiyim dövürlərdə də prezidentimizin mənə böyük dəstəyi var. Mən həm də Olimpiya təqaüdçüsüyəm.  Dövlətimiz idmançılara hər zaman böyüh tövhə və dəstək verir və onlara qayğı göstərir.

- Qalibiyyətləriniz həddən artıq çoxdur. Bu qalibiyyətlərin ardı gələcəkmi?

- Qalibiyyətlərimizin davamlı olması üçün əlimizdən gələni əsirgəmirik.

Məşqçilik fəaliyyəti uzun bir fəaliyyətdir. İdmaçılar uzun bir yaşa kimi güləşə bilir. Amma məşqçilik fəaliyyəti daha uzun bir formada davam edir.

- Sizə ən çox dəstək olan kimdir? Yəni sizin hər addımınızda yanınızda olan, nəinki qalibiyyət hətta məğlub olduğunuz anlarda belə.

- Biz idmançılara ən böyük dəstək cənab Prezitendəndir. Ən böyük dəstəkçimiz ölkə baçımızdır. Bizi yarışlara, paralimpiya oyunlarına yola salanda motivasiya  verir.  Qalib gəlib mükafat qazanan da da bizi qəbul edən cənab prezidentimiz olur. Bizi yalnız o mükafatlandırır. Təbii ki Milli Paralimpia Komitəsi də bizə yarışlarda dəstək verir köməklik göstərir. Bəzi təlim məşq toplanışlarına göndərir. İdman elə bir sahədir ki, burada yalnız nəliyyət verməlisiniz. Çünki nəaliyyət əldə edən idmançılara dövlət dəstək verir ki, onlar daha da irəli getsinlər, inkişaf etsinlər. Təbii ki, dünyanın bütün yerlərində belə məğlub olan idmançını heç bir qurum dəstək vermir. Çalışmaü lazımdır ki, məğlubiyyətdən daha uzaq olaq. Məğlubiyyət anlarımızda isə yalnız ailəmiz yanımızda olur.

- Gələcəklə bağlı hansı hədəfləriniz var?

- Gələcəklə bağlı hədəflərimiz zallarımızı ,filiallarımızı  genişləndirməkdir. Ən böyük hədəfimiz isə gələcəkdə Qərbi Azərbaycanda da idman zalları açmaqdır.

Mehriban Xəlilli

 

 

 

 

 

 







Müsahibə